Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

Hakimiyyət mitinqdən niyə qorxdu?

«Hazırkı situasiyada Milli Şuranın hər addımından xoflanırlar»

Xəbər verildiyi kimi, Bakı Şəhər Icra Hakimiyyəti Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə mənfi cavab verib. BŞIH-in cavabında bildirilib ki, mayın 3-də başqa kütləvi tədbir nəzərdə tutulur. Bu səbəbdən Milli Şuraya mitinqini mayın 2-də keçirmək təklif olunur.
Bununla bağlı Milli Şura həmin tarixdə Bakı Şəhər Icra Hakimiyyətinin mitinqəÿ razılıq verməməsi ilə bağlı bəyanat yayıb. Bəyanat müəllifləri bunu “Sərbəst toplaşmaq haqqında” qanunun pozulması, mitinqə iki gün qalmış onun vaxtını bir gün sonraya dəyişməyi təklif etməyi təşkilatçıları praktik olaraq aksiyanı təşkil etmək imkanından məhrum etmək kimi xarakterizə edib.

Məsələni şərh edən tanınmış ziyalı və kinossenarist Eldəniz Quliyev söyləyir ki, hakimiyyət hazırkı situasiyada Milli Şuranın hər addımından çəkinir və xoflanır. Eldəniz bəy Bakı ŞIH-in mayın 3-də mitinqə icazə verməməsinin başqa adı olmadığını bildirir:
“Mayın 3-də mitinq təyin etmişiksə və onlar orada başqa bir tədbirin keçirilməsini planlaşdırıblarsa, sonra da belə bir tədbirin olmadığı məlum olursa, bu o deməkdir ki, qorxurlar. Milli Şuranın mitinqi artan xətlə inkişaf edir və kütləvilik, eləcə də xalqın inamı baxımından hakimiyyət bundan xoflanaraq belə addım atdı. Öz adımdan deyirəm, mayın 3-də mitinqə icazə verilməməsi utancverici addımdır. Qarşıdan yalançı bir Avropa idman oyunları gəlir, bütün dünyanın diqqəti burda olacaqsa, insanların sərbəst toplaşmaq hüququna bu sayaq hörmətsizliklə yanaşırlarsa, buna səbəb yoxdur. Onların əvəzinə şəxsən mən utandım”.

Digər həmsöhbətimiz Hacı Rövşən Əhmədlinin fikrincə, ölkənin ali orqanı olan Konstitusiyanın sərbəst toplaşmaq azadlığı haqqında müddəaları kobud şəkildə pozulub. Rövşən bəy hesab edir ki, ölkədə manatın devalvasiyasından sonra daha da ağırlaşan sosial-iqtisadi durum, iş yerlərinin itirilməsi, qiymətlərin artması narazılıqların kütləviləşməsinə səbəb olub:
“Mitinqə icazə verməmək qanun pozuntusudur və bu cavab ən azından, zamanında verilməliydi. Biz müraciət edən zaman həmin stadionda küitləvi tədbirin keçiriləcəyi barədə hən hansı bir məlumat verilməyib. Bunu doğrultmaq üçün ola bilsin, saxta bir toplantı keçirsinlər. Amma əslində belə bir məsələ yox idi. Xalqın artan qəzəbi və narazılığı fonunda ”Məhsul" stadionuna toplaşan narazı insanların sayının günbəgün artması hakimiyyəti bu cür qanunsuz addım atmağa vadar etdi"./azadlıq/
775 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat