Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

Qəzzalı rəssam dünyaya çağırış etdi

İşğalçı İsrailin silahlı hücumları zamanı əlil olan rəssam Cihad əl-Qavl Qəzzada divarları rəngləyir.

23 yaşlı Qavl fiziki qüsurlu olmasına və həyatının çətinliyinə baxmayaraq, rəsm çəkməkdən yorulmur. Ətrafındakı divarlardan kətan olaraq istifadə edən Qavl betonları sənət əsərinə çevirib. Gənc rəssam, “Qəzzadakı embarqonun və müharibənin sıxıntılarından canımı qurtarmaq üçün duyğularımı divarlara rəsm edirəm. Çəkdiyim rəsmlər beynəlxalq ictimaiyyətə Qəzzada həyatın olduğu mesajını verir. Başqa iş görə bilmədiyimə görə bəzən tablolarımı sataraq ailəmi dolandırıram”, – deyir. Qavl dünyaya səslənərək fiziki qüsurlu insanlardan dəstək istəyir.

Qeyd edək ki, Cihad əl-Qavl 2008-ci ildə Qəzza hücumları ərəfəsində yaralanıb və sol ayağı kəsilib./axar/
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58