Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

Putin: "Leninqradın mühasirəsində 3 yaşlı qardaşım acından öldü"

Rusiya prezidenti Vladimir Putin ailəsi və valideynlərinin müharibə xatirələrindən məqalə yazıb. “Həyat sadə, ancaq qəddardır” adlı məqalə “Russkiy pioner” jurnalında dərc olunub.

Putinin sözlərinə görə, atası müharibəyə könüllü gedib və SSRİ-nin diversiya qruplarında Hitler Almaniyasına qarşı döyüşüb. Onun atasının döyüşdüyü 28 nəfərlik dəstənin komandiri isə əslən alman olan sovet vətəndaşı imiş. Atası ayağından ağır yara aldıqdan sonra Leninqrada qayıdır.

Putinin məqaləsində deyilir ki, Leninqradın mühasirəsi zamanı 3 yaşlı qardaşı acından ölüb, 5 əmisi isə döyüşlərdə həlak olub:

“Müharibə başa çatandan sonra atama yeni mənzil verdilər. Doğrudur, dərhal vermədilər, onda mən artıq Dövlət Təhlükəsizlik Komitəsinin idarəsində işləyirdim. Onda mənə mənzil vermirdilər, ancaq atama verdilər. Bu, böyük xoşbəxtlik idi”.

Sonda Rusiya prezidenti qeyd edir ki, Böyük Vətən Müharibəsinin bütün bəlalarına və fəlakətlərinə baxmayaraq, qəribə də olsa, insanlarda düşmənə nifrət hissi yox idi: “Anam çox həlim və mehriban qadın idi... Həmişə deyirdi ki, bu əsgərlərə necə nifrət bəsləyəsən? Onlar da sadə insanlardır və müharibədə həlak olublar”.
607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı