Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

Bakıda 38 yaşlı kişi özünü yandırdı

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir
Bakının Qaradağ rayonunda 38 yaşlı kişi özünü yandırıb. Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsindən verilən məlumata görə, hadisə saat 19 radələrində Müşviq qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Valeh İman oğlu İmanov yanıq xəsarətləri ilə Mərkəzi Yanıq Xəstəxanasına yerləşdirilib.

Araşdırmalar zamanı onun özü-özünü yandırdığı müəyyən olunub. Məlum olub ki, Valeh İmanov üzərinə benzin tökərək intihara cəhd edib.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir./ans/
602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP