Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

Beyinin fəaliyyətinin yaxşılaşdırılması üçün 5 məsləhət

Məsləhət 1. İnsan beyninin normal fəaliyyəti üçün sağlam və tamdəyərli qidalanma çox vacibdir.
Bəzi qida məhsulları var ki, bu məhsullar beyinin fəaliyyətinə çox müsbət təsir edir. Məsələn, beyin üçün Omeqa-3 yağlı turşular çox vacibdir. Bu turşularla zəngin olan məhsul balıqdır.
Növbəti beyin üçün vacib olan maddə fenilalanin amin turşusudur. Bu əvəzolunmaz aminturşusu orqanizmdə sintez olunmur və mütləq qida ilə orqanizmə daxil olunmalıdır. Fenilalanin ətdə, balıqda, yumurtada, süddə, kəsmikdə, xamada var.
Digər vacib aminturşusu triptofandır. Triptofan beyin hüceyrələrinin qocalmasının qarşısını alır. Triptofan hind quşu və toyuq əti, banan, qoz, fındıq, badam, keşyu kimi məhsullarda var.
Lizin aminturşusu təfəkkürü aktivləşdirir. Bu maddə acı şokoladın, kakaonun, qoz, fındıq, badam, araxis, cücərdilmiş buğda, lobya, noxud və s. kimi məhsulların tərkibinə daxildir.
Beynimiz şirin qidaları da xoşlayır. Qlükoza beyinin normal fəaliyyəti üçün ən vacib maddələrdən biridir. Qlükozanı bal, şirin meyvələr, quru meyvələr kimi faydalı məhsullardan alın (konfet və pirojnalardan yox!).

Məsləhət 2. Beyini nə qədər çox yükləsəniz, beyin o qədər yaxşı işləyəcək. Bu təsdiq olunmuş qaydadır. Təbii ki, söhbət həddən artıq yükləmələrdən getmir.
Beyininizi daim məşq etdirin - yeni kitablar oxuyun, xarici dillər, şeirlər öyrənin, krossvordlar həll edin, şaxmatı oynayın və s.
Bütün ömrünü elmi kəşfiyyatlara həsr etmiş alimlərin beyini qoca yaşlarına kimi sağlam və cavan qalır.

Məsləhət 3. Beyinin normal fəaliyyəti üçün ona kifayət qədər oksigen lazımdır. Hər gün 1-2 saat ərzində havada olun.

Məsləhət 4. Fiziki aktivlik, idman orqanizmdə qan dövranını yaxşılaşdırır. Təbii ki, bu zaman beynizmizin qan dövranı da yaxşılaşır.

Məsləhət 5. Kifayət qədər yatın. Daim az yatan insanların yaddaşı və diqqəti zəifləyir.

Məsləhət 6. Beyinin fəaliyyətini yaxşılaşdıran xüsusi dərman preparatları mövcuddur. Belə preparatlar "nootrop" adlandırılır. Lakin bir çox həkimlər hesab edir ki, bu prepartalar sağlam insanlara (və xüsusilə də sağlam uşaqlara) təyin etmək düzgün deyil. Bu preparatların əksər hissəsi beyin funksiyalarının ciddi pozulmaları olan insanlar üçün (məsələn, Alsqeymer xəstəliyi olanlar və s.) nəzərdə tutulub.
Beyin fəaliyyətini yaxşılaşdıran təbii vasitə - qinko biloba bitkisidir. Bu bitki beyinin fəaliyyətini stimullaşdırır. Bitkinin əsasında çoxlu sayda təbii nootrop preparatları mövcuddur. Özünüzdə beyin fəaliyyətinin zəiflənməsini hiss etdikdə həkimlə məsləhətləşdikdən sonra bu preparatı qəbul edə bilərsiniz./Saglamolun/
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı