Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

Şimali Koreya liderindən dünyada görünməmiş edam qərarı

Şimali Koreya prezidenti Kim Çen In bu dəfə məhkumları zenit-raket kompleksləri ilə edam etdirib.

Şimali Koreya İnsan Haqları İzləmə Təşkilatının yayımladığı və ötən ilin oktyabr ayına aid olduğu bildirilən peyk fotosu bütün faktları üzə çıxarır. Şəkildən aydın olur ki, məhkumlar yan-yana düzülüb və zenit-raket kompleksləri onlara tuşlanıb.

Paytaxt Pxenyan yaxınındakı Kanqqon hərbi təhsil ocağında çəkilən görüntülərdə 6 ədəd ZPU-4 tipli hərbi texnika diqqət çəkir. Sözügedən silahlar məhkumlara 90 metr məsafədə yerləşdirilib.

Fotonun aylardır mütəxəssislər tərəfindən araşdırıldığını ifadə edən təşkilat bu görünüşlərin başqa bir anlama gələ bilməyəcəyini dilə gətirib. 50 kalibrli bir zenit mərmisi təxminən 24 pulemyotun atəş gücünə ekvivalentdir. Bu cür edam nəticəsində insanların bədəni parça-parça olur./ans/
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı