Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Misirdə hökumətə qarşı etirazların miqyası genişlənir

Qahirədə keçirilən etiraz aksiyalarına İsgəndəriyyə şəhərindən də dəstək gəlib

Misirdə hökumətin icazəsiz nümayişləri qadağan edən qanun layihəsinə qarşı etirazlar böyüyür. İnterAz-ın xəbərinə görə, ötən gün paytaxt Qahirədə keçirilən etiraz aksiyalarına İsgəndəriyyə şəhərində də dəstək gəlib. Universitet tələbələri məktəbin yaxınlığında toplaşaraq hökumətə qarşı şüarlar səsləndiriblər. Fəallar, həmçinin, bir müddət əvvəl hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı həbs olunan qadınların azadlığa buraxılmasını tələb ediblər. Bir qədər sonra isə, hökumət tərəfdarları olan qrupun aksiyaya müdaxiləsi qarşıdurmalara səbəb olub. Tərəflər daş və küt maddələrlə bir-birilərinə hücum edib. Qarşıdurmalar zamanı 1 nəfər öldürülüb, azı 15 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Misir məhkəməsinin 31 Oktaybr etirazlarında həbs edilən qadınlara 11 il azadlıqdan məhrumetmə hökmü oxuması fəalların qəzəbinə səbəb olan əsas amillərdən biri olub.

Paytaxt Qahirədə isə, hökumətə qarşı etirazlara axşam saatlarına qədər davam edib.

"19 yaşlı qızları 11 il müddətinə azadlıqdan məhrum etmək ədalətli hökm deyil. Partiyasını dəstəkləmək məqsədilə əllərində şüar gəzdirən dinc insanlara belə ağır cəza tədbiq etmək ağlasığmazdır".

Misir hökuməti yerli polis dairələrindən icazə alınmadan keçirilən aksiyaları qadağan edib.
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı