Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2015

Rus bombardımançı təyyarələri ABŞ-a girdi

Rusiya Silahlı Qüvvələrinin iki Tu-95 bombardmançı təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə həyacanlı anlar yaşadıb.

Bu barədə The Washington Free Beacon Pentaqondakı mənbəsinə istinadən xəbər verir.

Bildirilir ki, bombardmançı təyyarələr Alyaska səmasında görünüb. İnsident aprelin 22-də baş verib. Qəzet yazır ki, bombardmançı təyyarələrin qarşısının alınması üçün ABŞ tərəfi havaya qırıcılarını qaldırmayıb.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrinin bombarmançı təyyarələri Avropa səmasında da tez-tez peyda olur. Belə ki, təyyarələr əsasən Baltik dənizi üzərində Latviyanın hava məkanına girir. NATO bunun qarşısını almaq üçün dəfələrlə havaya qırıcılarını qaldırıb./ans/
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi