Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2015

Böyrəkləri sağlam saxlayan məhsullar

Böyrəklər orqanizmimizin çox güclü filtridir. Gün ərzində böyrəklər dəfələrlə orqanizmdə dövr edən bütün qanı süzərək onu toksinlər, şlaklar, mikroblar, infeksiyalardan təmizləyirlər. Hesablanıb ki, gün ərzində böyrəklərdən 200 l qan keçir.
Ziyanlı maddələr böyrəklərdən sidik kisəsinə düşür və burada yığılaraq xaric olunur.
Böyrək xəstəlikləri ən yayılmış xəstəliklər qrupudur. Bu səbəbdən böyrəkləri daim qorumaq lazımdır.
Həkimlərin fikirinə görə, böyrəklərin xəstəliklərinə əsas təkan verən amil - suyun az qəbul olunmasıdır. Söhbət məhz təmiz sudan gedir.
Orqanizm kifayət qədər maye almadıqda qan daha qatı olur və belə qatı qanı təmizləmək böyrəklər üçün daha çətindir. Əksinə isə kifayət qədər maye qəbul edən insanın böyrəkləri daha az yüklənir və sağlam qalır.
İnsan həddən artıq miqdarlarda zülallı, yağlı, qızardılmış, şirin, duzlu, hisə verilmiş qidaları, mayonez, ketçup, kolbasa, sosis, müxtəlif turşular qəbul etdikdə, bu böyrəklərin sağlamlığına çox mənfi təsir edir. Spirtli içkilərin qəbulu (hətta az miqdarlarda) böyrəklərə hüceyrə səviyyəsində dağıdıcı təsir edir, böyrək çatışmazlığına səbəb olur.
Bəzi məhsullar böyrəklərin fəaliyyətinə müsbət təsir edir, onları qoruyur. Bu məhsulları rasiona daha tez-tez daxil etmək lazımdır.

- Balqabaq və balqabaq tumları A, E, maqnezium, kalsium, kalium kimi böyrəklər üçün faydalı maddələrlə zəngindir. Kalium orqanizmdən artıq mayeni xaric etməyə kömək edir, ödemlərlə mübarizə aparır. Balqabaq və balqabaq tumları yüngül sidikqovucu təsir edir, böyrəkləri təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.
Alimlərin fikirinə görə, balqabaq şirəsi və balqabaq tumlarını daim qəbul edən insanlar böyrəklərində daşların əmələ gəlməsinin qarşısını alır.

- Qarpız. Bu nəhəng giləmeyvə böyrəkləri çox yaxşı təmizləyir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Qarpız şirəsi orqanizmi maye ilə doydurur, qanı duruldur və bunun nəticəsində böyrəklərin işini xeyli yüngülləşdirir.

- Xiyarın 95%-ni su təşkil edir. Lakin bu adi su deyil. Bu su orqanizmdə yığılmış ziyanlı maddələri xaric etmək qabiliyyətinə malikdir.

- Qreypfrut və digər sistrus meyvələrində spesifik maddə aşkar olunub ki, bu maddə böyrəklərdə kistaların əmələ gəlməsinin qarşısını alır.

- Şüyüd böyrəklər üçün faydalı olan efir yağları ilə zəngindir. Təzə şüyüd və ya şüyüd şirəsi böyrəkləri qumdan və hətta xırda daşlardan təmizləyir.

- Kök, bibər, çaytikanı, mərəcüyüd və s. A vitamini ilə zəngin olan məhsullar böyrəklərin sağlamlığına çox müsbət təsir edir.

- İtburnu çox güclü sidikqovucu təsirinə malikdir. İtburnu böyrəkləri qumdan təmizləyir, xırda daşları əridir./saglamolun/
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27