Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2015

Lənkəranda Hz. Əli (ə) mübarək mövludu keçirildi (Foto)

İmam Əli (ə)-ın mübarək mövlud günü münasibəti ilə Lənkəranda tədbir keçirilib. 

Ötən gün Lənkəran şəhər möminləri Hz. İmam Əli (ə)-ın anadan olma günü münasibəti ilə mövlud mərasimi təşkil ediblər.

Mərasim müqəddəs kitabımız Qurani-Kərimin tilavət olunması ilə başlanıb. Müqəddəs ayələrin tilavətindən sonra mərasimin aparıcısı giriş nitqilə çıxış edərək mərasim iştirakçılarını, dünya müsəlmanlarını və Zəmanə İmamını (ə.f.) əziz mövlud münasibətilə təbrik edib.

Tədbirə İlahiyyatçı-alimlər Hacı Zülfüqar Mikayılzadə, Seyyid Elman Ağazadə, Seyyid Nazim Ocaqov, Kərbəlayi Əliqismət İsayev və digərləri qatılıblar.

Tədbridə ilahiyyatçı-alim hacı Zülfüqar Mikayılzadə geniş nitqlə, İmam Əli (ə) və Əhli-Beyt həyatına dair bilgilərlə çıxış edib.

Ardınca "Ali Əba" qrupunun üzvü Kərbəlayi Şəhriyar, İmam Əli (ə)-a həsr edilmiş biri-birindən gözəl şeirlər və surudlar səsləndirib.

Mövlud tədbirində həmçinin az yaşlı tələbələr, İmam Əli (ə) həsr edilən şeirlər səsləndiriblər./cenubnews.com/

688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...