Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Bakıda taksi sürücüsünü qarət edib bıçaqladılar

Abşeron rayonu ərazisində taksi sürücüsü bıçaqlanıb. Hadisə zamanı 1951-ci il təvəllüdlü Zeynalov Novruz Əsgər oğlunun taksi fəaliyyti ilə məşğul olduğu avtomobilə metronun 20 yanvar stansiyasının yaxınlığında müştəri qismində iki nəfər əyləşib. Həmin şəxslər sürücüdən onları Abşeron rayonu Qobu qəsəbəsinə aparmalarını xahiş edib.

Qeyd olunan ünvana gələndə isə həmin şəxslər sürücü Novruz Zeynalova hədə-qorxu gələrək ondar pul və avtomobilin açarlarını tələb ediblər. Mübahisə zamanı isə sürücüyə bir-bir neçə bıçaq zərbəsi vuran cinayətkarlar hadisə yerindən qaçıblar.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkim müayinəsindən sonra Novruz Zeynlov dərhal əməliyyat edilib./ans/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11