Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün mayın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0483 manata qalxıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0019 manat və ya 0,16% ucuzlaşaraq 1,1730 manat olub.
992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP