Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Suriya ordusu bir qəsəbəni terrorçulardan azad edib

Suriya silahlı qüvvələri Dəməşqin şərqində Mida qəsəbəsini terrorçulardan geri alıb

Suriya ordusu Dəməşqin Şərqi-Quta bölgəsində yerləşən Mida qəsəbəsi və ətrafında yerləşən tarlaları radikal qruplaşmalardan geri alıb.

İnterAz "al-Mayadeen"-ə istinadla verdiyi xəbərə görə, Suriya ordusunun Mida bölgəsinə hücumunda onlarla terrorçu ölüb və yaralanıb.

Şərqi-Qutada olan digər qruplaşmalar Mida qəsəbəsini almaq üçün əks hücumlara hazırlaşdıqlarını deyiblər.

Suriyanın digər əyalətlərində də qarşıdurmalar baş verib.

Həma əyalətinin əs-Silmiyyə bölgəsində Suriya ordusu "İŞİD"in bir karvanını pusquya salaraq, azı 9 terrorçunu zərərsizləşdirə bilib.
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10