Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

“Avropa Oyunları repressiv rejimin hökm sürdüyü ölkədə keçirilir”

Isveç Olimpiya Komitəsi Azərbaycandakı repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət edib

Isveçin Milli Olimpiya Komitəsinin rəhbəri Stefan Lindeberq Bakıda keçiriləcək Birinci Avropa Oyunları haqda danışarkən bildirib ki, turnirə ev sahibliyi edən Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunmur. Bu barədə o, Isveçin “Aftonbladet” qəzetinə açıqlamasında bildirib. “Azərbaycan hökuməti hüquq müdafiəçilərini həbsxanaya göndərir, isveçli idmançıların isə xərclərini ödəyir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin ən repressiv rejimlərdən biri olduğunu bəyan edir. Isveç Olimpiya Komitəsi isə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına 74 idmançı göndərməyi planlaşdırır. Turnirdə iştirak edəcək idmançıların bütün xərclərini bu rejimin Təşkilat Komitəsi öz üzərinə götürüb.
“Biz Azərbaycanla razı deyilik”, - deyə Isveç Olimpiya Komitəsinin rəhbəri Stefan Lindeberq bildirib.
Asiya Qitə Oyunları, Panamerika Oyunları, Afrika Oyunlarına bənzər bir turnir olan Avropa Oyunları ilk dəfə Azərbaycanda keçiriləcək.
Turnirin başlanmasına 100 gün qalmış “Amnesty International”ın yaydığı hesabatda bildirilirdi ki, Azərbaycanı idarə edən hakimiyyət ən repressiv rejimlərdən biri olmaqla, bu ölkədə hökuməti tənqid edən şəxslərin həbsxanaya atılması, qorxudulması kifayət qədər realdır.
Stefan Lindeberq deyir ki, idmanla idarəçiliyi ayırmaq çətindir. Biz Azərbaycanla razı deyilik, o baxımdan ki, buradakı rejim demokratik standartlara uyğun fəaliyyət göstərmir: “Lakin biz ona görə burada turnirin keçirilməsinin tərəfdarıyıq ki, qapıların bağlı yox, açılmalı olduğunu düşünürük”.
Lindeberq onu da qeyd edib ki, Isveç Olimpiya Komitəsi turnirdə iştirak xərclərini təkbaşına ödəyə bilməzdi: “Bizim üçün prioritet Rio De Janeyroda 2016-cı ildə keçiriləcək Olimpiada olmalıdır”.
Bu yaxınlarda hüquq müdafiəçilərinin Azərbaycandakı vəziyyətlə bağlı xəbərdarlığından sonra Isveç Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsilə əlaqə saxlayıb. Avropa Olimpiya Komitəsi bəyan edib ki, Avropa Oyunları zamanı ifadə və mətbuat azadlığının təmin olunmasına tam zəmanət verilir.
“Azərbaycanla bağlı çox pis siqnallar var. Bu vaxta qədər verilən bu tipli vədlərə əməl olunsaydı, bu zəmanətə də inanardım. Amma indiki halda, bunu görmürəm”, - deyə Stefan Lindeberq bildirib.
Yerli “AzerNews” Azərbaycana səfər edəcək əcnəbi jurnalistlərlə bağlı xəbərdarlıq edərək bildirib ki, bu ölkədəki hakimiyyət haqda tənqidi materiallar yayımlayan media nümayəndələri xoşagəlməz hallarla üzləşə bilər.
Təşkilat Komitəsi isə bu haqda deyilənləri təkzib edib.
Isveç Avropa Oyunlarında idmanın 15 növü üzrə mübarizə aparacaq.
“Bizim qarşımızda xərclərlə bağlı böyük risk vardı. Bir halda ki, təşkilatçı ölkə bütün xərcləri ödəyir, o turnirdə iştirak üçün idmançılara geniş imkan yaratmalıyıq”, - deyə Isveç Olimpiya Komitəsinin prezidenti vurğulayıb./azadlıq/
623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber