Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Suriyada 200-dən çox terrorçu və komandir məhv edilib

Suriya ordusu terrorçulara qarşı uğurlu əməliyyatlarını davam etdirir: 200-dən çox terrorçu və komandiri məhv edilib

Suriya ordu qüvvələrinin ölkə boyu terrorçulara qarşı apardıqları əməliyyatları davam edir. Əməliyyatlarda xeyli sayda terrorçunun öldürüldüyü və yaralandığı vurğulanıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, Suriya Hava Qüvvələrinə məxsus döyüş təyyarələri bu gün Cisrus-Şuğur məntəqəsində terrorçuların yerləşdiyi binanı vurması nəticəsində 40 terrorçu həlak olub, 78- terrorçu isə yaralanıb.

Suriya ordu qüvvələri Cisrus-Şuğurdakı Vətən xəstəxanasının yaxınlığında Nusra Cəbhəsi terrorçularının mühüm rəhbərlərindən Əbu Əsma Əl-Rəqqa ilə birlikdə 22 terrorçunu ölldürüblər.

Suriya ordusu Cisrus-Şuğur və Kırmıd Hərbi Bazası yaxınlığında keçirdiyi əməliyyatlarda aralarında çeçen, özbək, İordaniya və Türkiyədən olan 43 terrorçu öldürüb, xeyli sayda terrorçu da yaralanıb.

Suriya ordusu Cisrus-Şuğur məntəqəsində keçirilən əməliyyatda Şuhedayi Kefer Dilbe qoşunlarının rəhbəri Əbu Ömər Əl-Zəybəkin ağır yaralandığı bildirilib. Qarşıdurmada12 terrorçu öldürülüb. Ağır yaralanan Əbu Ömər Zəybəkin Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirildiyi vurğulanıb.

Suriya ordusunun İdlib əyalətindəki Kırmıd Hərbi Bazası yaxınlığında keçirdiyi əməliyyatda aralarında çeçen əsilli qəddar terrorçu Usame Əl Şeşeni ilə birlikdə 25 terrorçu öldürüb, xeyli sayda terrorçu da yaralanıb.

Suriya ordusu xüsusi təyinatlılarının Hama məntəqəsinin Səhəl Əl-Qab bölgəsində Əhraruş-Şam komandirlərindən Əhməd Kamilin də aralarında olduğu avtomobili raketlə vurması nəticəsində 4 köməkçisi ilə öldürülüb.

Suriya ordu qüvvələrinin Hama məntəqəsində Liva-i Adiyat qoşunlarının rəhbəri Əhməd Məmduh Əl-Əmmari ilə birlikdə 39 terrorçu öldürüb, xeyli sayda terrorçu da yaralanıb.

Suriyanın Hələb şəhərinin Əşrəfiyə rayonuna terrorçuların atdığı artilleriya raketləri nəticəsində 13 dinc sakinin həlak olduğu, 47 sakinin isə yaralandığı bildirilib./deyerler/
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi