Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Əsgər döyüldü, etirazlar başladı - İsraildə

İşğalçı İsraildə Efiopiya əsilli yəhudi əsgər Damas Pakadanın polis tərəfindən döyülməsindən sonra minlərlə adam paytaxt Tel-Əviv küçələrində irqçiliyə qarşı aksiya keçirib.

Aksiya iştirakçıları şəhərin əsas yollarını bağlayaraq, “İrqçiliyə və ayrı-seçkiliyə yox”, “Artıq söz yox, hərəkət istəyirik” şüarları səsləndiriblər. Onlar əsgəri döyən polislərin həbs edilməsini istəyiblər.

Aksiyalar zamanı polislə nümayişçilər arasında qarşıdurmalar baş verib.

Polis kütləyə gözyaşardıcı qaz və səs bombaları ilə müdaxilə edib. 10-dan çox nümayişçi yaralanıb, 2 nəfər isə saxlanılıb.

Qeyd edək ki, aprelin 28-də Efiopiya əsilli yəhudi əsgər Damas Pakadanın polis tərəfindən döyülməsini əks etdirən görüntülər ortaya çıxmışdı.
698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber