Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Keçmiş cərrah ABŞ prezidentliyinə namizəd olacaq

Amerikalı keçmiş neyro-cərrah, respublikaçı Ben Karson 2016-cı il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. O deyib ki, ölkə qarşısında duran məsələlərin həllində iştirak etmək istəyir: “Ona görə ABŞ prezidentliyinə namizədliyimi irəli sürəcəyimi elan edirəm”.

Karson prezidentlik uğrunda yarışa rəsmən bu gün anadan olduğu Miçiqan ştatının Detroyt şəhərində keçiriləcək tədbirdə qoşulacaq.

Karson 1987-ci ildə ilk dəfə siam əkizlərinin ayrılması ilə bağlı uğurlu əməliyyat keçirən cərrah kimi məşhurdur. 2008-ci ildə oğul Corc Buş onu prezidentin Azadlıq medalı ilə mükafatlandırıb. Onun məşhurluğu ilə bağlı film çəkilib.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək. İndiki demokrat-prezident Barak Obama qanuna görə 3-cü müddətə namizədliyini irəli sürə bilməz. Bu seçkilərdə demokratların ən şanlı namizədinin keçmiş dövlət katibi Hillari Klintonun olacağı gözlənilir.
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP