Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Obamanın reytinqi 41 faiz aşağı düşüb

CNN televiziya şirkəti Minnətdarlıq Günü ərəfəsində Prezident Barak Obamanın reytinqini müəyyənləşdirmək üçün ictimai rəy sorğusu keçirib.

Rəy sorğusunun nəticələri göstərir ki, ABŞ prezidentinin reytinqi 41 faiz aşağı düşüb.

Rəy sorğusu son iki həftədə beş milli obyektiv rəy sorğusunun, o cümlədən “Gallup” ictimai rəy sorğusu institutunun (noyabrın 24-26-da), CNN və Beynəlxalq rəy araşdırmaları korporasiyasının (Opinion Research Corporation-ORC International, noyabrın 18-20-də), Amerika tədqiqatlar qrupunun (noyabrın 17-20-də), “CBS News” televiziya kanalının (noyabrın 15-18-də), “ABC News” televiziya kanalının və “Washington Post” qəzetinin (noyabrın 14-17-də) apardıqları rəy sorğularının orta faizinin hesablanması yolu ilə tərtib edilib.

CNN telekanalının rəy sorğuları proqramının direktoru Kitinq Holland təsdiq edir ki, ikinci müddətə prezident olduğu dövrdə Obamanın reytinqi Bill Klintonun və Ronald Reyqanın ikinci prezidentlik müddəti dövründə qazandıqları reytinqdən xeyli aşağıdır. Belə ki, 1997-ci ilin noyabrında Klintonun reytinqi 59 faiz, 1985-ci ilin noyabrında Reyqanın reytinqi 65 faiz olub. Lakin 2005-ci ilin noyabrında Corc Buşun reytinqi 37 faiz təşkil edib ki, bu da prezident Obamanın reytinqindən aşağıdır.
1948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...