Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Tiflisdə Corc Buşun banneri təhqir edildi

Gürcüstanın paytaxtı Tiflisdə naməlum şəxslər ABŞ-ın eks-prezidenti Corc Buşun şəkli olan banneri boyayıblar.

Bannerin asıldığı küçə Corc Buşun öz adını daşıyır. Küçənin adı Buşun Gürcüstana səfəri zamanı Saakaşvili tərəfindən dəyişdirilmişdi.

Yeri gəlmişkə, o vaxt- 2005-ci ildə Gürcüstan vətəndaşı olan bir erməni C.Buşa tərəf qumbara atmışdı. Ancaq qumbara partlamamışdı. Buna baxmayaraq, ABŞ prezidentinə sui-qəsd cəhdinə görə həmin erməniyə-Vladimir Arutyunyana ömürlük həbs cəzası verildi.

Bu dəfə isə... Xuliqanlar küçənin ingiliscə yazılmış adını və Buşun sifətini eybəcər hala salıblar. Şəhər meri Levon Narouşvili bildirib ki, yaxın vaxtda banner yenisi ilə əvəz olunacaq./Virtualaz/
716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24