Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Mövsüm Səmədovun Avropa Məhkəməsi yaxın zamanlarda baş tutacaq

AİP lideri Mövsüm Səmədovun Avropa Məhkəməsi yaxın zamanlarda baş tutacaq.

Bu sözləri FaktXeber.com-a AİP lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı müvəkkilinin işi ilə bağlı nə kimi yeniliklərin olması haqqında açıqlama verərkən qeyd edib.

Anar Qasımlı onu da bildirdi ki, Mövsüm Səmədovla gələn həftənin əvvəllərində görüşməyə çalışacaq:

“Gələn həftənin əvvəl günlərində görüş üçün rəsmi müraciət edəcəyik. Sonuncu dəfə AİP lideri ilə görüşəndə səhhəti ilə bağlı elə də ciddi problem yoxdur. Növbəti görüşdən sonra daha da ətraflı məlumatlar əldə edə biləcəyik.”

Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov12 il azadlıqdan məhrum edilib.
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber