Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

“Azərbaycandakı vəhabiləri ABŞ dəstəkləyir”

Vəliyyi fəqihin nümayəndəsi və Ərdəbilin İmam cüməsi Seyid Həsən Amili ötən həftəki xütbəsində Həzrət Əli (ə) mövludu münasibətilə müsəlmanları təbrik edib.

O, Həzrtəin Allah evində dünyaya gəlməsini, o dünyaya gələrkən baş verən 40-dan çox möcüzədən danışıb.

Seyid Həsən Amili bu günün İranda müəllim günü kimi qeyd olunduğuna işarə edərək deyib:

“Cəmiyyətin ən qüdrətli potensialı, təlim–tərbiyyə cəhəti müəllimlərin cərəncamındadır. Hər bir inkişaf və irəliləyiş müəllimlərin təlim-tərbiyəsinə borcludur”.

Seyid Həsən Amili sözünün davamında regionda və dünyada baş verənlərə toxunub:

“ABŞ İŞİD-in məhv olmasını istəmir. Buna görə də bütün Orta Şərq və müsəlman ölkələrini məhv etmək üçün onları idarə edir.

Suriya və İraqda İŞİD-in zəiflədiyini görən ABŞ siyasi yolla onları gücləndirməyə çalışır.

Rusiya prezidentinin Azərbaycandakı vəhabiləri ABŞ-ın dəstəkləməsi haqda söylədikləri bizim üçün xəbərdarlıqdır. Bu son dərəcə təhlükəlidir. Doğrudanda, Amerika Azərbaycan vəhabilərini və İŞİD-çilərini himayə edirsə, onda sərhədlərimizin əmin-əmanlığı əldən gedəcək”./Qafqaz.ir/
1129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:26
Hafiz Hacıyev: “Səlim