Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Səudiyyə ordusunun polkovniki Suriya ordusuna əsir düşdü

Səudiyyə Ərəbistanının son günlər Suriyada terrorçulara komandanlıq etmə xəbərləri təsdiqini tapır

İslamazeri.az-ın "Əl Aləm"ə istinadən verdiyi xəbərə görə, Suriya ordusunun Şərqi Quta bölgəsində terrorçuları mühasirəyə salmasından sonra Səudiyyədən gəlmiş polkovnik mühasirəyə düşmüş terrorçulara komandanlığı öz üzərinə götürüb.

Onun əsas məqsədi mühasirəni tamamilə qırmaq və Suriya ordusunu bu bölgədən uzaqlaşdırmaq olub.

Lakin Suriya ordusunun sarsıdıcı zərbələri nəticəsində çox sayda terrorçu öldürülüb, mühasirə yarılmaq əvəzinə polkovnik və onlarla terrorçu əsir düşüblər.

Adı açıqlanmayan Səud rejiminin polkovniki yaralı vəziyyətdə əsir götürülüb.

Qeyd edək ki, bu xbər "Əs Səfir" qəzetində də, öz mənbələrinə istinadla yayılıb.
1753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...