Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

"Müsavat"da növbəti qalmaqal

Müsavat partiyasının qurucularından biri hesab olunan Vurğun Əyyub partiya sıralarından xaric edilib. Partiyanın yerli təşkilatı Vurğun Əyyubun partiya iclaslarına qatılmaması, üzvlük haqqını ödəməməsi, qərarlara tabe olmamasını əsas gətirərək belə bir qərar qəbul edib.

Vurğun Əyyub ans-ə açıqlamasında partiyadan çıxarılmasının gözlənilən olduğunu və indiki qeyri-legitim Müsavat rəhbərliyinin buna çoxdan hazırlaşdığını və ondan intiqam aldığını söyləyib.

Qərara etiraz olaraq daha bir Müsavat fəalı, həkim ekspert Adil Qeybulla partiyadan istefa verib.

Bir qrup Müasavtçı isə partiya qərargahı qarşısında aksiya keçirmək qərarı verib. Müsavatda yaranan qalmaqalı partiya başqanın müavini Elman Fəttah cavablandırıb.

"Qurultaydan sonra indiki partiyanın rəhbərliyi siyasi oponetlərini sıradan çıxarmaq yolunu tutub. Bu isə Müsavatın nə adına, nə onun nizamnaməsinə, nə də proqramına qətiyyən uyğun gəlmir. Vurğun Əyyubun absurd ittihamlarla partiya sıralarından xaric edilməsi partiya daxili mövcud durumun sübutdur", - deyə keçmiş müsavatçı Adil Qeybulla bildirib.

Müsavat başqanının müavini Elman Fəttah isə bildirdi ki, iddialar əsassızdır: "Vurğun Əyyuba son 6 ayda, öz fəaliyyəti ilə əslində Müsavat partiyasından kənarda qoymuşdu. Müsavat partiyasının Binəqədi rayon təşkilatı Vurğun Əyyubun Müsavat partiyasına qarşı olan fəaliyyətinə adekvat, yəni partiya sıralarından xaric edilməsi qərarı ilə cavab verib", - deyə fikrini açıqlayıb.
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:08
<