Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2015

Kremldən Polşaya sərt: “Rus tankları olmasaydı…”

“Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvada keçiriləcək hərbi parad Rusiyanın güc nümayişi olacaq”.

Bu açıqlama ilə Polşa Prezidenti Bronislav Komorovski çıxış edib. O, NATO-nun Avropanın şərqindəki hərbi potensialını artırmağa ehtiyac olduğunu bildirib:

“Mayın 9-da Qırmızı Meydan tank meydanı halına gələcək. Polşa sərhədlərindəki hərbi qarşıdurma ehtimalı indiyə kimi heç bu qədər real olmamışdı. Gələcək nəsilləri düşünərək Polşanın təhlükəsizliyini təmin etmək məcburiyyətindəyik. Polşa və NATO-nun Avropanın şərqindəki hərbi potensialını artırmalıyıq”.

Rusiyanın Komorovskiyə cavabı isə gecikməyib. Dumanın Xarici Əlaqələr Komitəsinin sədr müavini Leonid Kalaşnikov Komorovskinin şərhlərini mövcud siyasi vəziyyətin yaratdığı itaətkarlıq kimi qiymətləndirib:

“Polşa xalqı İkinci Dünya Müharibəsində ölkələrini rus tanklarının xilas etdiyini unutmamalıdır. Komorovskinin dediyi tanklar olmasaydı, bu gün xəritədə Polşa adlı bir yer yox idi. Polşa rus tankları sayəsində azadlığına qovuşdu və suveren bir dövlət oldu”./axar/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP