Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Əfqanıstanda orduya hücum: 17 ölü

Əfqanıstanın Bədəxşan əyalətində silahlıların nəzarət-keçid məntəqəsinə hücumu nəticəsində azı 17 hərbçi həlak olub.

TASS agentliyinin verdiyi məlumata görə, daha 20 əsgər itkin düşmüş hesab edilir.

Hücuma görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. Yaz fəsli başlayandan “Taliban” Əfqanıstan ordusuna qarşı genişmiqyaslı hücuma keçib. Ən ağır döyüşlərin Əfqanıstanın dağ bölgələrində getdiyi bildirilir.
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber