Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Maradona İordaniya şahzadəsini dəstəklədi

Beynəlxalq Futbol Federasiyası Assosiasiyasında (FİFA) anarxiya hökm sürür.

Reuters-in verdiyi məlumata görə, bunu əfsanəvi argentinalı futbolçu Diego Maradona bəyan edib.

“Futbol dünyasında hamıya bəllidir ki, FİFA-da anarxiya hökm sürür. Bunun günahkarı isə heç nədən xəbəri olmayan Yozef Blatterdi. Məhz bu səbəbdən mən qurumun prezidenti postuna İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin namizədliyini dəstəkləyirəm”, deyə Maradona bildirib.

Qeyd edək ki, FİFA qurumun prezidenti seçkiləri üçün dörd nəfərin namizədliyini təsdiqləyib. Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatter, İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn, Portuqaliya millisinin sabiq futbolçusu Luis Fiqu və Niderland Futbol Federasiyasının prezidenti Mixael van Praaqdır. FİFA prezidentliyinə növbəti seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində keçiriləcək.
830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA