Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Masallı dindarlarının məhkəməsi keçirilib

Bu gün Masallı rayonunda həbs olunan 8 dindar barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmdən növbəti apellyasiya şikayətinə baxılıb. 

Xeber44.com  İnternet Qəzetinin məlumatına əsasən hakim Kamran Əkbərovun sədrliyi ilə Şirvan şəhər Apellyasiya Məhkəməsində saat 15:00 da başlanmalı olan məhkəmə prosesi 16:00 da başlanıb.

Məhkəmədə ilk öncə Araz Quliyevin vəkili Fariz Namazlı istintaq məhkəməsindən bugünə kimi məhkəməyə gəlməyən və onların ifadəsi əsasında həbs edilən şahidlər barədə Dövlət Sərhəd Xidmətindən aldığı sorğunu hakimlərə təqdim edib.Göndərilmiş sorğunun cavabında şahidlər Rəsulov Farizin bu yaxınlarda Rusiyaya getdiyini və Səfərov Xəyal Sail oğlunun isə ölkədə olduğu qeyd edilib.

Daha sonra məhkəmə zalında görünməmiş bir maraqlı hadisə baş verib.Hakim Kamran Əkbərov bir hal-şahidinin məhkəməyə gəldiyini bildirərək Şirəliyev Nahidi məhkəmə zalına çağırıb.Lakin hal-şahidin verdiyi ifadə dövlət ittihamçısını,hakimləri və zalda oturanları dəhşətə gətirib.Belə ki, Nahid Şirəliyev məhkəmə zalına gələrək ifadə verməyə başlayanda hakim ondan and içməsini və intizam aktına qol çəkməsini tələb edib.

Hal-şahidi: Mən nə oxumaq nədəki yazmağı bilirəm.

Hakim: Bəs imzasız necə səni dinləyək?Yaxşı bir mürəkkəb gətirin barmaqın bassın.Heç olmasa yalancana nəsə ruska ilə bir şey yaz imzan olsun sonra başlayaq.Daha sonra hal-şahidi imza yerinə qələmlə bir cızma yazır.

Hal-şahidi Nahid Şirəliyev ifadəsinə başlayır.Həmən günü (20 Sentyabr 2012-ci il.Baş Redaktor Araz Quliyev və Xalid Kazımovun evində axtarış aparıldığı gün.) mən təzə bazarın yanında yerləşən fəhlə bazarında dayanmışdım.Birdən Yusif adlı və Nazim adlı polis mənə yaxınlaşaraq mənə bildirdilər ki,belə bir iş var gedək şahidlik elə sənə 20 manat pul verəcik . Mən və mənim naparnikim (Qardaşəli Məmmədov) pulu aldıq və onlarla birlikdə polis şöbəsinə ordanda Xalid gilin evinə getdik.Əvvəlcə biz həyətdə bir xeyli qaldıq ora gələn xeyli polis vardı hətta amonlarda vardı.Onlar başladılar həyətdə meyvə yeməyə və sonra Xalidin qardaşı Babək gəldi.Nazim gedib maşından iki dənə belə bükülmüş (əli ilə göstərir) sarı selofanda bağlı bir şeyi birini cibinə digərini bax burasına (əli ilə bel nahiyyəsini tərəfi göstərir) qoydu mən dedim bu nədir dedi sən səsini kəs.Sonra biz evin birinci mərtəbəsinə daxil olduq,orada otaqların birində baxış keçirib başqa bir otaqa keçmək istəyəndə Nazim əlindəki bağlamanın birini həmən otaqda olan paltar yuyan masinin arxasına qoydu və dedi budur burdadır.Daha sonra onlar ikinci mərtəbəyə qalxanda bizi özlərilə aparmadılar.Orada axtarış yekunlaşan vaxtdan sonra biz başqa bir evə getdik (Araz Quliyev) .Əvvəlcə evdəkilərin xəbəri olmadan Nazim ilə uzun qara oğlan (polis serjantı Zamir Kazımovu nəzərdə tutur) sonra mənim yanımdakı o biri şahid Qardaşəli gedib niva maşınının bardaçokundan balaca sumkada olan nəsə gətirib evin altında girəcəkdə qoydular.Daha sonra ev yiyələrini çağırıb evin yuxarı mərtəbəsində elə-belə gəzdilər alt evə düşüb gəlib həmən sumkanı açaraq aha burdadır deyə bildirdilər. Mən sorusdum bu nədir dedilər qumbaradır.Dedim Nazim bu nədir belə dedi sən səsini kəs sənidə tutarıq. Mənə Nazim nə qədər dedi qumbaraya narkotikə əl vur mən vurmadım amma o biri şahid Qardaşəli əlin vurdu.Daha sonra Nazim mənə dedi ki, sənlik heçnə yoxdur biz özümüz bu işi həll edəcik.Vəssalam belə olub hadisə.Zalda bir anlıq sükut yaranır hamının diqqəti hakimlər və dövlət ittihamçısına yönəlir.Bir anlıq çaşqınlıq içində olan hakim Kamran Əkbərov vəkillərdən kimin sualı var deyə bildirir.

Araz Quliyevin vəkili Nahid Şirəliyevə sual verir ki,sən bəs nə üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu sözləri demirdin?

Hal-şahidi: Məni ora gətirənlər qorxudurdular.Belə tutarıq, belə edərik, elə edərik.

Vəkil: Bəs sən indi niyə deyirsən bu sözləri?

Hal-şahidi: İndi artıq vicdanım yol vermir.Utanıram vallah.Üzünü hakimlərə tutaraq siz Allah bağışlayın məni.Mən fəhlə adamam bir tikə halal pul qazanıb evimə aparıram.Məni məcbur ediblər iyirmi manat pul verib və mənə deyiblər səsini çıxarsan sənidə tutarıq.

Daha sonra Xalid Kazımovun vəkili eyni məzmunlu sualları Nahid Şirəliyevə ünvanlayıb.Hal-şahidi yenə də bildirib ki,vallah mən bilmirdim belə olacaq.Evdə balam xəstə ailəm xəstə özüm xəstə bir ildən çoxdur evimə pul qazanıb aparıram hamısı dava-dərmana gedir.


Sonra dövlət ittihamçısı hal-şahidi Nahid Şirəliyevə aldadıcı suallar ünvanlayıb.Bununla razılaşmayan dövlət ittihamçısı hakimdən hal-şahidinin ilk ifadəsini və Lənkəran Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadənin oxunmasını istəyib.Hakim oxuduqdan sonra dövlət ittihamçısı israrla Nahid Şirəliyevin ilk ifadəsini boynuna qoymaq istəsə də hal-şahidi indi verdiyi ifadənin doğru və düzgün olduğunu əvvəlki ifadələrin ona məxsus olmadığını və basqı altında belə işə qol qoyduğunu bildirdi.

Bir qədər sonra baş redaktor Araz Quliyev və Masallı dindarları məhkəmənin çox uzadılmasını və çoxlu dəlil və vəsadətlərin təmin edilmədiyini bildirərək məhkəmənin yeknlaşdırılmasını istəyib.

Hakimlər, dövlət ittihamçısı, vəkillər buna etiraz etməyib və hakim dövlət ittihamçısına çıxış üçün söz verib.Dovlət ittihamçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün qüvvədə qalmasını bildirib. Nahid Şirəliyev və digər sübutların əsassız olduğunu vurğulayıb.

Daha sonra çıxış üçün son söz Araz Quliyevin vəkili Fariz Namazlıya söz verilib.O,çıxışında müdafiyə etdiyi şəxsin həbsini tamamilə absurd bir qurama həbs hesab edib.Verilən hökmün,həmçinin qoyulmuş əsassız maddələrin rədd edilməsini Araz Quliyev və digərlərinə qarşı bəraət hökmünün çıxarılmasını tələb edib.

Sonra hakim Araz Quliyevə söz verib.Araz Quliyev həbslərinin siyasi sifariş olduğunu bildirib.

Yaxın saatlarda baş redaktor Araz Quliyevin çıxışının tam mətnini sizlərə təqdim edəcəyik.

Növbəti məhkəmə iclası hakim Kamran Əkbərovun sədrliyi ilə Şirvan şəhər Apellyasiya Məhkəməsində dekabr ayının 5-i saat 15:30 da başlanacaq.
1982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber