Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Dəhşət: Terrorçulardan qurtulan qadınların 214-ü hamilədir

Nigeriyada terrorçu fəaliyyət göstərən Boko-Haram qruplaşmasının əlindən qurtulan qadınların hamilə olduğu bildirilir.

Nigeriya ordusu Boko Haram terrorçularına qarşı uğurlu əməliyyatlar nəticəsində azad edilən 687 qadından 214-nün hamilə olduğu qeyd edilir. Bu barədə BMT rəsmilərindən biri açıqlama yayıb.

Bundan başqa, əsirlikdə olan bəzi qadınlar isə əsgərlərin qurtarma əməliyyatı vaxtı “Boko-Haram” silahlıları tərəfindən daşlanaraq öldürülüb.

Qeyd eədk ki, “Boko Haram” terrorçuları 2009-cu ildə qiyama başlayandan bəri Nigeriyanın şimalında minlərlə insan qətlə yetirib. Fevral ayında qonşu dövlətlərin qoşunları tərəfindən dəstəklənən Nigeriya hərbçiləri, radikal döyüşçülərə qarşı böyük hücuma başlayıb və keçən il “Boko Haram”ın ələ keçirdiyi ərazilərin əksəriyyətini geri qaytarıblar./ans/
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP