Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Əli Lərcani: “Qərb əgər xalqımıza qarşı həddini aşarsa...”

İran İslam Parlamentinin spikeri ölkəsinin 5+1 ölkələri arasında aparılan nüvə proqramı müzakirələrindən söz açıb.

İran İslam Parlamentinin spikeri Əli Ləricani açıqlamasında Qərbi ittiham etməkdən çəkinməyib.

“Qərblilər xalqımıza qarşı həddini aşarsa ehtiyacımız olan hər səviyyədə nüvə müəssisələrimizdə uranın zənginləşdirilməsi proeseinə davam edəcəyik”, – deyə Ə.Ləricani bildirib. O, bu barədə İranın rəsmi xəbər agentliyi olan IRNA-ya açıqlama verib.

Onun sözlərinə görə, Qərbin bu məsələdə cığallıq etməsi, verdiyi vədlərə xilaf çıxması İranı da öz mövqeyindən daşındıraraq əvvəlki yoluna davam etdirə bilər.

“Bunu təkrarən bildiririk ki, əgər uranı 20% dərəcəsində zənginləşdirməyi dayandırmışıqsa, buna ehtiyac duymadığımız üçün etmişik”, – deyə o, sözlərinə əlavə edib.
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi