Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

İŞİD məhbuslarının etirafı!

Sənan Baxşıyev, Ruslan Cəfərov, Eldost Quliyev, Məhəmmədşah Məhəmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun məhkəmə iclasında Sənan Baxşıyev hakimin suallarına cavab verməkdən imtina edərək yalnız şəri mühakiməyə razı olduğunu bildirsə də, onun ilkin etiraflarına görə, Suriyada Sumqayıt batalyonu adı ilə fəaliyyət göstərən azərbaycanlı vəhhabi təriqətli vətəndaşlara hərbi təlim verildiyi məlum olub.
Baxşıyev özü terrorist Əbu Hənzələnin (Türkiyə vətəndaşıdır) törətdiyi videolentləri müşahidə edəndən sonra Türkiyə vasitəsi ilə Suriyadakı dövlətlə mübarizə edən qruplara qoşulduğunu qeyd edib. O, 2013-cü il martın 26-da Türkiyəyə yollanaraq oradan Suriyaya ezam edilmiş və nəhayət, Sumqayıt batalyonuna qoşulmuşdur. Orada da, batalyonun komandiri Əbu Həfs ləqəbli Aqil Hacıyevlə beyət etmişdir. Həqiqətdə bu batalyon Əl-Nüsrət cəbhəsinə tabedir və orada onlara Əbu Yusif tərəfindən hərbi təlim verilirmiş. Bu şəxs 11 aydan sonra Suriya Azadlıq Ordusu tərəfindən əsir düşüb və nəhayət əsirlikdən azad edilərək Azərbaycana qayıdıb.
Baxşıyev Əl-Nüsrət və Əbu Ənsar qruplarının terrorizmlə əlaqəsindən xəbərsiz olduğunu iddia edib və heç bir terrorist əməliyyatında iştirak etmədiyini bildirib.
Ondan sonra digər müttəhimlər də, hər bir sualdan imtina edərək yalnız şəri mühakimə şəraitində sorğu-suala cavab verəcəyini bildiriblər. Halbuki onların hamısı ilkin etiraflarında Türkiyə vasitəsi ilə terrorist qruplara qoşulduğu haqda məlumat vermişdilər.
662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54