Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Yemək yeyərək, ölümə gedir

İngiltərənin ən kök adamı olaraq tanınan Karl Tompson ölümünə səbəb ola biləcək həddə yemək yeyir. İngiltərədə yayımlanan “The Sun” qəzetinə müsahibə verən 413 kilo ağırlığındakı oğlan dayanmadan yediyini, lakin yeməkdən ölmək istəmədiyinin də deyir. Yataq xəstəsi kimi həyatına davam edən Tompson işsiz olsa da, dayanmadan yeməyə davam edir. 32 yaşlı oğlan gün ərzində bir kişinin yeyə biləcəyin dörd dəfə çox, 10 min kalorilik yemək yeyir. Hər gün 9 dondurma, pizza, hamburger daxil olmaqla bir neçə cür yemək yeyir. Dover şəhərindəki evindən bir ildir çıxmayan oğlan çox kök olduğu üçün artıq paltarları da əyninə olmur. Dövlətdən aldığı maddi dəstəklə yaşayan K.Tompson 2012-ci ildən bəri çəkisini iki dəfə artırıb. O, müsahibəsində bu sözləri deyib: “Yeməyimə əngəl ola bilmirəm. Qabağıma nə qoyulsa yeyirəm. Yeyərək ölməkdən qorxuram. Hər gün yeməyim evimə gəlir, dövlətdən 670 sterlinq alıram və hamısını yeməyə xərcləyirəm. Gün ərzində 9 dondurma, 4 sosiska, 5 hamburger, 5 yumurta, 1 qutab, 2 sendviç, 36 balaca balıq, 12 şokolad, 1 pizza, 3 yoqurt, 2 nəfərlik çin yeməyi yeyirəm və 1 qutu meyvə şirəsi içirəm”.
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber