Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Süni ürəklə yaşayan adam 9 ay sonra dünyasını dəyişdi

Fransada dünyada ikinci olaraq süni ürək qoyulmuş kişi dünyasını dəyişib. Ölüm süni ürək köçürməsindən 9 ay sonra baş verib.

69 yaşlı pasiyent mayın 1-də qan dövranı çatışmazlığına görə xəstəxanaya yerləşdirilib. Mayın 2-də həkimlər onun süni ürəyini təzəsi ilə əvəzləyiblər. Ancaq o, həmin günün axşamı vəfat edib.

Süni ürək istehsal edən bioşirkətdən bildiriblər ki, ölümün səbəbləri öyrənilir ki, ürəklərini dəyişmək istəyən başqa xəstələrin təhlükəsizliyi təmin edilsin. Şirkətin direktoru bildirib ki, ölən kişi praktik olaraq normal həyat yaşayıb və qeyd edib ki, öz məhsullarının keyfiyyətinə əmindirlər.

Aprelin sonunda daha bir uğurlu süni ürək köçürüldüyü bəlli olub. İlk belə əməliyyat isə 2013-cü ilin dekabrında həyata keçirilib. O zaman 76 yaşlı kişi köçürmədən 75 saat sonra dünyasını dəyişmişdi.
820 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP