Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Hörmüz boğazı tam təhlükəsizdir

İranın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari bəyan edib ki, Fars körfəzi və Hörmüz boğazı gəmilər üçün tamamilə təhlükəsizdir.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Səyyari qeyd edib ki, Fars körfəzi və Hörmüz boğazı tam təhlükəsiz olduğuna görə, ABŞ öz gəmilərini burada yox, Ədən körfəzində müşayiət etməlidir.

"İranın Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində və Hörmüz boğazında daimi olaraq apardığı monitorinqlərə görə, tamamilə təhlükəsizdir. ABŞ-ın burada öz gəmilərini müşayiət etməsinə ehtiyac yoxdur", - deyə o, bildirib.

Xatırladaq ki, ABŞ-ın yük gəmisinin borca görə İran tərəfindən saxlanmasından sonra Pentaqon özünün Hörmüz boğazındakı gəmilərini hərbi gəmilərlə müşayiət etmək qərarı verib./deyerler/
811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10