Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Qaçqınkom haqqında şok iddia...- FOTOLAR

Üstündən bir il keçməmiş yeni salınmış şəhərcikdəki məcburi köçkünlərə verilən evlərin acınacaqlı durumu barədə çoxsaylı fotolarla bərabər şikayət məktubu daxil olub.

İddia olunur ki, Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş qəsəbədəki özbaşınalıqdan səlahiyyət sahibləri nəinki narahatlıq keçirmir, əksinə, etiraz edənləri aşağılayıcı ifadələrlə ələ salırlar:

"Qarabağ döyüşcüsü yataqxanada qaldığı halda evləri ehtiyacı olmayanlara pulla satırlar. Burada kimisi evləri kirayə verir, kimisi də "Qacqınkom"dan ucuz qiymətə aldığı evi baha qiymətə satdığa qoyur. Həyətlərdə uşaqlar üçün quraşdırılmış atraksionlar kəsilərək götürülür, uşaqlarsa məcbur olaraq asfalt üzərində oynayırlar.
Siz təqdim etdiyimiz şəkillərdən göründüyü kimi evlər artıq yararsız vəziyyətə düşüb, döşəmə üzərinə ayaq qoymaq olmur, aşağıdakı qonşular bir- birinin evlərinə hücüm edirlər, hamamda çimmək olmur, axan sular aşağıdakı qonşuların başına tökülür, divarlar tam yararsız vəziyyətdədir.

BDU-nun 8 saylı yataqxanasında bir neçə qaçqın ailəsi evsiz qaldığı halda Müşfiqabad qəsəbəsində yeni tikilən evləri imkanlı qaçqınlara satırlar. Bir otaqlını on minə, iki otaqlını on beş minə, bilmək olmur kim kimi aldadır- "Qaçqınkom" ya məcburi köçkünləri, ya da ölkə başçısını aldadır. Sızqa bulaq kimi dövlətin pullarını mənimsəyirlər. Biz nə yatdıq ki, nə də yuxu görək, mənzillərin hər birinə doğsan min manat pul silindiyi halda heç on min də xərcləməyiblər, odur ki, evlər belə yararsız hala düşüb.

Kif basmış divarların, dağılmış döşəmənin yaratdığı xəstəliklər nəinki uşaqların, hətta böyüklərin də sağlamlığını təhlükə altına alır. Yaranmış acınacaqlı duruma etiraz edən məcburi köçkünlərin narazılığına da qəsəbə JEK yetkililərinin cavabları belə olur ki, nə veriblər Allahınıza şükür eləyin..."

Şikayətçilər sonda konkret faktlar və ad-soyadlarla kimlərin haqq etmədikləri mənzillərə sahib olduqlarını, kimlərin mənzilləri kirayəyə verdiklərini, onları aşağılayan məmurların kimliklərini saytımıza təqdim edəcəklərini bildiriblər.../moderator/


844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı