Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

“Hər xalqın özünə uyğun hökuməti olur”

I Avropa Oyunları ilə əlaqədar olaraq avropadan gələcək qonaqlar üçün hər cür rahatlıq yaratmağa çalışan və az qala ölkənin ictimai-məişət həyatını tamamilə dəyişən hakimiyyət, Azərbaycan xalqının rifahı üçün eyni canfəşanlığın yüzdə birini belə ortaya qoymuş deyil. Maraqlıdır, hakimiyyətin Azərbaycan xalqına ikinci dərəcəli, ikinci kateqoriyalı toplum kimi yanaşması nə ilə bağlıdır?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Səxavət Əlisoy hər xalqın özünə uyğun hakimiyyətə malik olduğunu vurğuladı:
“Hər xalqın özünə uyğun hökuməti olur. Məsələn, almanlar ciddi, dürüst bir millətdir və buna rəğmən hökumətləri də çox düzgün fəaliyyət göstərir. İngilislər, yaponlar, fransızlar da eynən almanlar kimi ağıllı, savadlıdır və hökumətləri də onların ağlı ilə hesablaşmaq zorundadır. Bizim dürüstlüyə, dəqiqliyə, elmə, təhsilə allergiyamız var və hökumətimiz də bu mental keyfiyyətimizə çox düzgün qiymət verərək istədiyi kimi rəftar sərgiləyir. Biz ən azı 50 il elə belə də qalacağıq. Yalana, yaltaqlığa, saxtakarlığa qarşı xalq olaraq bu gün müharibə etsək, təkrar edirəm ən azı 50 il gərəkdir ki, başımızı dəyişdirə bilək. Kimlərsə bəlkə də optimistdir, düşünür ki, mən hakimiyyətdə olsam, bu xalqn rifahını bərqərar edəcəm, bu yalnız sadəlövhlükdür. Xalqın özü istəyini ortaya qoymalıdır. II Dünya savaşından sonra çoxları Almaniyanın iqtisadi qalxınmasını K.Adenaurun adı ilə bağladı. Əslində isə, Almaniyanın qalxınmasını təmin edən ALMAN xalqının özü idi. Məhz alman ağılı, dərrakəsi dağılmış bir ölkəni qüdrətli dövlətə çevirdi... Nə qədər ki, bizim dünyaya baxışımız normal deyil hər gələn iqtidar bu xalqın baqşına istədiyi oyunu açacaq. O ki, qaldı Avropa Oyunlarına, tam səmimi deyirəm, mən hətta bu tipli oyunların hər il Bakıda keçirilməsinin tərəfdarıyam. 5-10 il dalbadal Azərbaycan belə olimpiadalara ev sahibliyi etsə, xalqımızın şüurunda pozitiv dəyişikliklər baş verər və yuxarıda hallandırdığım o 50 il, 40-a, yaxud 30-a düşə bilər”.
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber