Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Erməniyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Report-un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Beləliklə, A.Baqdasaryan cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Arsen Baqdasaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir. Mayın 4-də dövlət ittihamçısı Anar Mirkişiyev erməni diversantın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP