Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

ABŞ-da böyük çevriliş planı hazırlanır

“Pentaqon Texas da daxil olmaqla ABŞ-ın 7 ştatını işğal etmək istəyir”.

Bu barədə məşhur aktyor və qatı Respublikaçı Çak Norris deyib. O, 15 iyuldan 15 sentyabradək davam edəcək və 7 ştatı əhatə edəcək “Jade Helm 15” adlı təlimlərin əslində bu bölgələri ələ keçirmək üçün planlandığını bildirib:

“Bu təlimlər Texasın və digər ştatların idarəsini ələ keçirmək üçün çevriliş planıdır. Texas kimi böyük ştatda geniş diametrli təlimlərin keçirilməsi, lakin bu barədə qubernatora və senatorlara məlumat verilməməsi çox kədərlidir”.

Texas qubernatoru Qreq Abbott və Respublikaçı senator, prezidentliyə namizəd Ted Kruz artıq məsələ ilə bağlı Pentaqondan rəsmi açıqlama tələb edib.

Qeyd edək ki, əməliyyatlar Nyu Mexiko, Arizona, Kaliforniya, Nevada, Yuta, Kolorado və Texasda təşkil olunacaq. Əməliyyatlar barədə məlumat Xüsusi Hərəkat Komandanlığına (USASOC) aid sənədlərin internetə sızmasıyla ortaya çıxıb. Bu sənədlərdə Texas və Yutadakı bəzi ərazilər “üsyançıların əlinə keçən düşmən bölgə” olaraq xarakterizə edilib və “azad edilməsi” tapşırılıb./axar/
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11