Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Müsavatda kütləvi aclıq aksiyası başlanır

Mayın 5-də Müsavat Partiyası ölkədəki siyasi məhbus probleminə həsr olunmuş tədbir keçirilib. Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı ilk olaraq çıxış edərək bildirib ki, onlar ötən ildən başlayaraq bu mövzuda silsilə tədbirlər keçirsələr də, nəticə əldə olunmayıb: “Ötən ildən silsilə tədbirlər keçirilir. Biz hətta demişdik ki, siyasi məhbuslar azadlığa buraxılmasa, Avropa Oyunları ilə bağlı iştirakçı dövlətlərə bu tədbirdə iştirak etməmək barədə müraciətlər edəcəyik. Fakt bundan ibarətdir ki, hələ ki, bizim və ümumilikdə demokratik düşərgənin müraciətlərinə baxmayaraq, siyasi məhbusların azad olunması hələ də baş vermir. Bir-iki siyasi məhbusun əfvi bu məsələnin hələ tam həlli demək deyil. Biz siyasi məhbusların qısa müddətdə azadlığa buraxılmasına nail olmaq üçün müzakirə aparmalıyıq və bu günkü dəyirmi masanın məqsədi budur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə qeyd edib ki, bu gün Azərbaycanda yüzdən artıq siyasi məhbus var: “Bu məsələdə ölkəmiz dünyanın lider ölkələrindən birinə çevrilib. Azərbaycan hakimiyyəti məhbusları həbsxanada saxlamaqla yalnız onları cəmiyyətdən təcrid etmək məqsədi daşımır. Həm də mübarizə aparan digər insanları qorxutmaq üçün, cəmiyyəti xof altında saxlamaq üçün atılan addımdır”.

O, həmçinin qeyd edib ki, siyasi məhbuslar azadlığa buraxılmasa, Müsavat Partiyası mayın 12-dən başlayaraq kütləvi aclıq aksiyasına başlamaq niyyətindədir.
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı