Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

“Bütün pullar Olimpiada üçün xərclənir”- İcra başçısı

Akif Səlimov: “Bütün pullar Olimpiada üçün xərclənir”- icra başçısının növbəti siyasi səhvi

Gözdən və könüldən iraq qalan Taxtakörpü qəsəbəsində Səlimovun özbaşnalığı davam edir.
Akif Səlimov 1 may 2015-ci ildə Laçın İcra Hakimiyyətinin akt zalında qəbul keçirdib. İcra başçısı qəbulda maddi yardım üçün müraciət edən vətəndaşlara, "Ölkədə vəziyyət çox ağırdır, sizin pullar hamısı gedir Olimpiadiya üçün”- deyərək cavab veribdir.
Çıxışında dəfələrlə Olimpiada bizim nəyimizə lazımdır, camahat acından ölür, onlar da pulu xərcliyir avropalılara deyərək əslində çox böyük siyasi səhv buraxmışdır. Dolayısıyla bilməyərəkdən təmsil olunduğu hakimiyyətin gördüyü işlərə kölgə salır.

Bütün bunlar Səlimovun birinci səhvi deyil, yaxın günlərdə tədbirlərin birində Fransada, İtalyada, İngiltərədə, Vatikanda mədəniyyət sərgilərinə, musiqiyyə xərclənən pullar haqqında çıxışında öz narazılığını dilə gətirmişdir.

Rayona başçı təyin olunduğu gündən indiyə qədər vəzifəsindən sui-istifadə edən Akif Səlimov küllü miqdarda vəsaitin axırına çıxmağı bacarıb. Qəsəbədə onun abadlıq və yenidənqurma adı altında gördüyü yarı-yarımçıq işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ödəməli olublar. Qış yataqlarında məskunlaşmış əhalinin vəziyyəti dözülməz həddə çatıb. Qəsəbənin daxili yollarındakı vəziyyət isə daha acınacaqlıdır. Dəfələrlə icra başçısına edilən şikayətlərə isə məhəl belə qoyulmur. Dövlətin pullarını mənimsəyərək, əməllərinin ört-basdır edəcəyini düşünən, respublika rəhbərliyinə yalan satan, fəhlənin, müəllimin, həkimin məvacibinə göz dikən icra başçısı arxalandığı vəzifəli şəxsin adını açıqlamaqdan belə çəkinmir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu özünün ağsaqqalı, böyüyü hesab edən Səlimov, bu barədə bir neçə dəfə danışıb. Qeyd edək ki, Zakir Fərəcovun qardaşı Nazim Fərəcov 121 saylı Laçın seçki dairəsindən deputat seçilibdir, ancaq rayon əhalisi Nazim Fərəcovun üzünü görməyə həsrətdir. Zakir Fərəcovun diqtəsilə idarə olunan rayonda vəziyyət son həddə çatıb.

Cənab prezident Səlimovu rayona icra başçısı təyin edəndə çox sevinən laçınlılar ndi isə onun vəzifədən azad olunacağı günü səbrsizliklə gözləyirlər.

Akif Səlimov Qarabağ müharibəsində böyük xidmətlər göstərdiyini, ermənilərə qarşı qəhrəmancasına vuruşması barədə əhali arasında tez-tez çıxışlar edir. Ancaq tezliklə onun Qarabağ müharibəsində əsl “qəhrəmanlığı” haqqında yeni faktlar oxuculara təqdim olunacaq.

Tezliklə oxuyacaqsız:

1) Akif Səlimovun kiçik oğlu Sənan Səlimova Bakı şəhər Nizami rayonu ərazisində kimlər odlu silahdan atəş açdılar?
2) Akif Səlimovun başçı təyin olunduqdan sonra qurub yaratdığı super təmirli, caqquzi hamamlı fermasından geniş reportaj və səs yazıları.

Kərim Hüseynov, Laçın rayon sakini
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı