Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

ÇL-də yarımfinal həyəcanı

UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı bu gün başlayır.

Yarı final ilk qarşılaşması "Real Madrid" və "Yuventus" klubları arasında baş tutacaq. İspanların "Kral Klubu" İtaliyanın "Qoca Sinyora"sına qonaq olacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

La Liqada "Barselona"nın 2 xal gerisində çempionluq uğrunda mübarizəsi aparan "Real Madrid" yarımfinal ilk matçında Kərim Benzemanın imkanlarından yararlana bilməyəcək. Dizindən zədəsi olan fransız hücumçu heyətə daxil edilməyib. Benzema ilə yanaşı, zədəsi olan Luka Modriç də "Yuventus"la oyunda komandasına kömək edə bilməyəcək.

Ev sahibi "Yuventus" isə həftə sonunda aldığı "Sampdoria" qələbəsi ilə üst-üstə 4-cü liqa çempionluğunu elan edib. Seriya A-da oynadığı 34 matçda qapısından cəmi 19 qol buraxan İtaliyan klubu Çempionlar Liqasında da çətin qol buraxır. "Qoca Sinyora"a Ç.L.-dəki 10 matçın 6-da qol buraxmayıb.

Xatırladaq ki, iki klub arasında baş tutan ən unudulmaz matç 1997-1998-ci il mövsümünə təsadüf edir. Amsterdamda keçirilmiş oyunda "Real Madrid" Predraq Miyatoviçin qoluyla final matçını 1-0 qazanıb və Çempionlar Liqası kubokunu qazanıb. İki güclü klub son olaraq ötən mövsüm qrup mərhələsində qarşı-qarşıya gəlib. Turindəki matç 2-2 bərabərə başa çatmışdı. Madriddə keçirilən matçı isə 2-1 hesabı ilə ispanlar qazanmışdı.
850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21