Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

"Facebook" fəalı: "Narkotik maddəni zorla cibimə qoyublar"

Apelyasiya məhkəməsi Facebook fəalını həbsdə saxladı

Bakı Apellyasiya Məhkəməsi sosial şəbəkə fəalı Əbdül Əbilovun şikayətinə baxıb. Noyabrın 29-da keçirilən iclasda Nərimanov Rayon Məhkəməsinin Əbilov haqqında 3 aylıq həbs qətimkan tədbiri seçən qərarı qüvvədə saxlanıb.

Media Hüququ İnstitutunun məlumatına görə, vəkil Elçin Sadıqov çıxışında apellyasiya şikayətini müdafiə edərək Əbilovun həbsinin qanunsuz olduğunu bildirib, rayon məhkəməsinin qərarının ləğv olunmasını tələb edib. İclasda iştirak edən Əbilov həbsinin motivləri barədə çıxış edib. Sosial şəbəkə fəalı məhkəmənin diqqətinə çatdırıb ki, şərlənib: “Məni “Facebook”dakı yazılarıma görə həbs etdilər. Evimizdə axtarış apararkən narkotik maddəni zorla cibimə qoyub sənədləşdirdilər. Məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orda mənə psixoloji təzyiq etdilər, döyüb-söydülər. Zorla mənə qarşı irəli sürülən ittihamları təsdiqləyən ərizə yazmağa məcbur etdilər”.

Məhkəmə Əbilovun, onun vəkilinin arqumentlərini nəzərə almayıb.

Əbilovun ictimaiyyətə məktub göndərdiyi bildirilir. Sosial şəbəkə fəalı məktubunda yazır: “Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan kömək gözləyirəm. Mənim günahım yoxdur. Mən şərlənmişəm”./azadliq.info/
1888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber