Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

"Taliban" terrorçuları Qətərdə ofis açır

Əfqanıstan hökuməti və "Taliban" qruplaşması üzvləri arasında danışıqlar aparılıb. Hökumət "Taliban"ın siyasi ofis açmasına razılıq verib.

Qatarda iki gün davam edən danışıqlardan sonra tərəflər bəyanat veriblər.

“Qeyri-rəsmi görüşə "Taliban" təmsilçiləri, Əfqanıstan hökuməti və BMT nümayəndələri qatılıblar. Tərəflər razılaşıblar ki, "Taliban" Qətərdə siyasi ofisini yenidən açsın. Bu məsələ 2013-cü ildə mübahisə doğurmuşdu.

"Taliban" nümayəndəsi deyib ki, atəşkəsə əsas maneə üzrə heç bir irəliləyiş əldə olunmayıb. Bu maneə ölkədə 10 minlik ABŞ hərbi təlimçisinin və anti-terror qüvvələrinin qalmasıdır. Bütün xarici qüvvələr Əfqanıstandan çıxmayanadək döyüş dayandırılmayacaq.

Xatırladaq ki, Əfqanıstanın yeni prezidenti Aşrəf Qani ötən il vəzifəyə gələndən "Taliban" ilə danışıqların prioritet təşkil edəcəyini söyləmişdi.
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto