Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

“Rusiyanı boykot etmək axmaqlıqdır”

Belorus Prezidenti Aleksandr Lukaşenko mayın 7-si və 8-də Moskvaya səfər edəcək.

Bu barədə danışan Lukaşenko dövlət televiziyasına müsahibəsində deyib ki, Minsk Rusiya rəhbərliyi ilə çoxdan razılıq əldə edib:

“Ona görə də Lukaşenkonun mayın 9-da Moskvaya getməməsini Rusiyanın boykotuna qoşulmaq kimi dəyərləndirmək lazım deyil. Bu fikirlər sadəcə axmaqlıqdır”.

Qeyd edək ki, Lukaşenko mayın 9-da İkinci Dünya müharibəsinə aid tədbirlərdə iştirak etmək üçün Moskvaya getməyəcək. Əvəzində Belorus prezidenti bu tip paradın Minskdə keçirilməsi haqda əmr verib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 9-da Moskvaya səfər edəcəyi açıqlanıb./axar/
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi