Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

06 mayda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Mayın 06-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Mayın 06-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 06-08-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP