Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Seyid Həsən Nəsrullahdan ABŞ-a ittiham

“Hizbullah” lideri Amerika Birləşmiş Ştatlarını (ABŞ) ittiham etdi.

"Hizbullah" təşkilatıının lideri Seyid Həsən Nəsrullah ötən həftə ABŞ Konqresində gündəmə gətirilən İraqdakı kürd və sünni qrupların silahlandırlması təklifinə münasibət bildirib. O, bu barədə əl-Mənar televiziyasına danışıb.

“Hizbullah” lideri açıqlamasında bildirib ki, ABŞ ərəbləri bölmək istəyir: “Ərəbləri kürd, sünni, şiə amillərini ortaya ataraq məzhəb və siyasi cəhətdən ayırmaq istəyirlər. Beləliklə də bölgədəki ölkələrin gücünü zəiflətmək, bir-birlərinə qarşı silahlandırıb vuruşdurmaq niyətindədirlər. Bütün bu proseslərdən sonra isə onlarla müttəfiq olan ölkələri, hətta Səudiyyə Ərəbistanını da böləcəklər.”

Bundan başqa, o, ABŞ-ın apardığı siyasətə qarşı əli-qolu bağlı dayanmayacaqlarını, onların bu planları həyata keçirmələrinə icazə verməyəcəklərini bildirib.

Xatırladaq ki, İraqlı şiə lider Müqtəda əs-Sədr də ötən günlərdə bu məsələyə toxunmuş və etirazını çatdırmışdı.
1019 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP