Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Aİ-İran danışıqlarının əsas mərhələsi başlayır

İran və “altılıq” vasitəçilər qrupunu təmsil edən Aİ-nin nümayəndələri Tehranın nüvə proqramına dair danışıqları mayən 12-də Vyanada davam etdirəcəklər. “RİA Novosti”nin verdiyi xəbərə görə, mayın 15-də danışıqlara “altılıq” qrupundakı digər ölkələrin nümayəndələri qoşulacaq. Bu barədə Aİ xarici siyasət xidmətinin məlumatında bildirilir.

“Aİ-ni təmsil edən Helqa Şmidt və İran XİN rəhbərinin müavinləri Abbas Əraqçı və Məcid Taxt Rəvançi mayın 12-də Vyanada danışıqları davam etdirəcəklər. Sonra, mayın 15-də onlara “altılıq” ölkələrinin nümayəndələri qoşulacaq”, deyə məlumatda bildirilir.

Məlumata əsasən, Aİ və İran nümayəndələri Lozannada aprelin 2-də razılaşdırılmış əsas müddəalara əsaslanacaq yekun sazişin əsas mətninin layihəsi üzərində işi davam etdirəcəklər.

“Eyni zamanda texniki ekspertlər əsas mətnə əlavə olunacaq razılaşmaların hazırlanması üzərində işi davam etdirəcəklər”, deyə sənəddə bildirilir./apa/
708 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:42