Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Dayısının yolunu getdi: ticarətçi özünü asdı

Balakəndə müəmmalı ölüm

Ötən gün saat 14:13 radələrində Balakən rayon Tüllü kəndində müəmmalı intihar hadisəsi baş verib. Balakən rayon prokurorunun köməkçisi Fərid Hüseynovun Ans-ə verdiyi məlumata görə, Tüllü kənd sakini 11 avqust 1946-cı il təvəllüdlü Nizaməddin Ramazan oğlu Nəbiyev özünü yaşadığı evin həyətində asıb. Onun meyitini həyat yoldaşı həyətdəki yardımçı tikilidə aşkarlayıb.
Qadın ərinin asılmış meyitini gördükdə şok keçirib. Qadının səs-küyünə əraziyə gələn ailə üzvləri və qonşular dərhal təcili yardım çağırıblar. Daha sonra polis və prokurorluq əməkdaşları da əraziyə və meyitə baxış keçiriblər. Müayinə zamanı Nizaməddin Nəbiyevin intihar etdiyi məlum olub.
Qeyd edək ki, Nizaməddin Nəbiyev tam xoşbəxt ailə başçısı olub. Əvvəllər ticarətlə məşğul olan N.Nəbiyev hazırda təqaüdçü olub. Onun övladları və nəvələri də var. Lakin yaxınları Nizaməddin Nəbiyevin br dəfə də intihara cəhd etdiyini deyib. Deyinlənlərə görə, özünü öldürmək onların qohumlarında da olub. 1967-ci ildə mərhumun dayısı da intihar edibmiş.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
1883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı