Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Zərdabda komendant saatı tətbiq olunub

İcra başçısı, polis rəisi və prokuror küçələri dolaşır, gecə 22:30-dan sonra küçəyə çıxanlar həbs olunur

Zərdabda qeyri-rəsmi komendant saatı tətbiq olunub. Bu barədə rayon sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, rayonun icra başçısı Lütvəli Babayev, Zərdab polisinin rəisi və prokuroru ilə birlikdə bir həftədir hər gecə reydlər keçirirlər. Belə ki, sözügedən rayon səlahiyyətliləri hər gecə Zərdabın mərkəzində bütün çayxana, restoran və mağazalarını yoxlayırlar. Hətta küçədə olanları belə saxlamaqdan çəkinmirlər.

Məlumat verən rayon sakinləri qeyd edir ki, icra başçısı, polis rəisi və prokuror gecə saat 22:30-dan sonra küçədə olan insanların həbsinə dair qəti tapşırıq veriblər. Saxlanılan şəxsləri isə səhər cərimə edərək, buraxırlar. «Lütvəli Babayev qəti şəkildə bildirib ki, gecə saat 22:30-dan sonra komendant saatı tətbiq olunub. Kimsə bayra çıxsa, həbs ediləcək»./jam/
732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53
AB bu ölkəni rəsmən i