Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Bakıda alçanın qiyməti görənləri heyrətləndirir

Bazarlarda yeni çıxmış nübar meyvələr, tərəvəzlər, həmçinin mövsümə uyğun olmayan meyvə-tərəvəzlər də bolluq təşkil edir.

"Yeni Müsavat" qəzetinin əməkdaşı "Yaşıl bazar"dan bu mövzuda reportaj hazırlayıb. Yazıda bildirilir ki, bazarda ərik 7 manat, şaftalı 6 manat, alça iriliyindən asılı olaraq 5-12 manat arası, qarpızın bir kiloqramı 2 manat 50 qəpik, banan 2 manat 80 qəpik, armud 3-4 manat arası, alma 80 qəpik 3 manat arası, portağal 2 manat 50 qəpik, ananas 5 manat, lobya 7 manat, gül kələm 1 manat, yarpaq kələm 80 qəpik, pomidor 1 manat 50 qəpik 3 manat arası, xiyar 1 manat 30 qəpik, yeni çıxmış yarpaq 2 manat 50 qəpik 5 manat arası, badımcan 2 manat 30 qəpik, bibər 5 dənəsi 1 manat, kartof 1 manat 30 qəpik, soğan 1 manata satılır. Satıcılar bazarda xaricdən gətirilən nübar meyvələrlə yanaşı yerli nübar meyvələrin də olduğunu deyib. Alıcılar isə meyvələrlə yanaşı nübar tərəvəzlərin də qiymətindən narazılıq ediblər.
816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber