Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Rusiyanın qorxuya salan zirehli KamAZ-ı

Rusiyanın KamAZ istehsalı olan zirehli avtomobili Qələbə Günündə nümayiş olunacaq.

Şirkət qələbə paradında 9 KamAZ-53949 tipli modelini sərgiləməyi planlaşdırır.

Bu modelin ilk fotoları hələ 2013-cü ildə sosial şəbəkələrdə yayılıb. Zirehli vasitənin istehsalına 2018-ci ildən başlanacaq. Yeni zirehli avtomobil şəxsi heyətin və yüklərin daşınması üçün hazırlanıb. Hərbi maşının yük tutumu 2 ton, ümumi çəkisi isə 12 tondur.

Avtomobildə 10 insan üçün yer müəyyən edilib. Dizel mühərriki ilə təchiz edilmiş hərbi maşın 350 at gücündədir. KamAZ-53949 tipli modelin şosedə maksimal surəti 100 km/saatdır.

Qeyd edək ki, Rusiyanın iri yük avtomobil istehsalçısı olan KamAZ ASC paradda daha iki modelini də nümayiş edəcək.
841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09